Berdıyev Ramil Şeydayevin baş məşqçisi olacaq?

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın “Dinamo” klubunda baş məşqçi dəyişikliyi ola bilər.

Komanda.az “sports.ru”ya istinadən xəbər verir ki, “Dinamo” rəhbərliyi Premyer Liqanın startındakı nəticələrə və göstərilən oyuna görə komandanın baş məşqçisi Dmitri Xoxlovdan narazıdır. Onun istefaya göndəriləcəyi, yerinə ötən mövsümün sonunda “Rubin”dən ayrılan Kurban Berdıyevin keçəcəyi gözlənilir.

“Dinamo” Rusiya Premyer Liqasının ilk iki turunda “Arsenal”la səfərdə 1:1 hesablı heç-heçə etdikdən sonra evdə “Rubin”ə uduzub. Hazırda Moskva klubu 1 xalla 12-ci sıradadır.