Benzema “Real”dan gedir – Rəsmi

Fransalı hücumçu Kərim Benzema mövsümünün sonunda “Real”ı tərk edəcək.

Komanda.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

“Kərim Benzemanın “Real”dakı karyerası davranış və peşəkarlıq, eləcə də klubumuzun dəyərlərinə nümunə olub. Benzema gələcəyinə qərar vermək hüququnu qazanıb.

“Real” həmişə onun evi olub və olacaq. Komanda ona və bütün ailəsinə həyatının yeni mərhələsində ən yaxşısını arzulayır” – məlumatda deyilir.

Benzemanın İspaniya klubu ilə müqaviləsi La Liqa mövsümünün sonunda başa çatacaq.

Fransalı futbolçu “Real”la birlikdə 4 dəfə İspaniya çempionu, 3 dəfə kubokun qalibi və 4 dəfə ölkə superkubokunun qalibi olub. O, həmçinin beş dəfə Çempionlar Liqasının və Klublararası dünya kubokunun qalibi adını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button