Ten Haq “Benfika”nın hücumçusunu istəyir

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Benfika”nın hücumçusu Qonçalo Ramosun transfer edilməsini istəyir.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, futbolçunun müqaviləsi 28,5 milyon avro dəyərində qiymətləndirilir. Amma Ramosun 114 milyon avroya satınalma variantı da var.

Xəbərdə bilirilir ki, Erik ten Haq Antoni Marsial və Markus Reşfordun zədələrindən sonra yeni forvardla müqavilə imzalanmasını istəyir.

21 yaşlı Ramos 2013-cü ildən “Benfika”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 12 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmə edib. Hücumçunun klubu ilə müqaviləsinin müddəti 2026-cı ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button