“Arsenal” portuqaliyalı futbolçu ilə razılaşıb

“Benfika”nın futbolçusu Nuno Tavareş karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 21 yaşlı müdafiəçi “Arsenal” klubuna keçməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Topçular” Tavareşlə şəxsi razılıq əldə edib və müdafiəçinin klubu “Benfika” ilə danışıqlar aparır.

Tavareşin “Benfika” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. Portuqaliyalı futbolçunun “transfermarkt”də dəyəri 7 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button