5 oyunda qol vura bilmədi, göndərildi

Belçikanın “Vesterlo” klubu futbolçusu Emmanuel Emenike ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə 2-ci Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumatda, Emenikenin sözləşməsinin müddətinin bitdiyi açıqlanıb.

Sentyabrda “Vesterlo” ilə rəsmi sözləşmə imzalayan 32 yaşlı hücumçu, beş oyuna çıxıb və qol vura bilməyib.

Futbolçu, “Vesterlo”dan əvvəl formasını geyindiyi Yunanıstanın “Olimpiakos” klubundan ötən il ayrılmışdı.

Emenike karyerası ərzində Türkiyənin “Karabükspor”, “Fənərbaxça”, Rusiyanın “Spartak” (Moskva), İngiltərənin “Vest Hem” klublarında çıxış edib.