AÇ-2020: “Onlara olan hörmətimə görə sevinə bilməzdim” – de Bruyne

Belçika milli komandasının futbolçusu Kevin de Bruyne AÇ-2020-nin qrup mərhələsinin 2-ci turunda Danimarkanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Bruyne, 2:1 hesabıyla qələbə qazandıqları oyunla bağlı bunları deyib:

“Kristian Eriksenin yaşadıqlarına görə danimarkalıların qarşısında sevinmək düz olmazdı. Onlara olan hörmətimə görə sevinə bilməzdim. Mənə görə, bu, düzgün olmazdı.

Mən meydana girdikdən sonra daha yaxşı oynadığımızı düşünürəm. Qol vurdum, məhsuldar ötürmə verdim. Düşünürəm ki, məşqçimizin məndən istədiklərini yerinə yetirdim.

Danimarkalılar çox yaxşı oynadı və bizə çətinlik yaratdılar. Eriksen üçün etdikləri də möhtəşəm idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button