“Belə çempionatdan sağ çıxmaq inanılmazdır!” – Müller

“Bayern”in hücumçusu Tomas Müller komandasının ardıcıl 11-ci çempionluğu barədə danışıb.

Komanda.az “Eurosport”-a istinadən xəbər verir ki, o, titula layiq olmadıqlarını söyləyib:

“Belə çempionatdan sağ çıxmaq inanılmazdır! Tüklərim biz-biz oldu. Uduzurduq, amma Camal Musiala qol vurmağı bacardı. Nə deyəcəyimi bilmirəm.

Şübhəsiz ki, Almaniya futbolu ilə maraqlanan hər kəs bizim titula layiq olmadığımızı hiss edəcək. Mən də bunu başa düşürəm. Hər halda, bu, inanılmaz xatirədir!”

“Bayern”in qələbə qazanaraq çempion olduğu turda “Borussiya” (Dortmund) “Maynts”la matçda xal itirib (2:2). Onlar mövsümü ikinci pillədə bitiriblər və gümüş medallara yiyələniblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button