“Bayern”in futbolçuları baş məşqçidən narazıdırlar

“Bayern”in futbolçuları komandanın baş məşqçisi Tomas Tuxeldən narazıdırlar.

Komanda.az Almaniya mətbtuatına istinadən xəbər verir ki, Münhen klubunun futbolçuları heyətin matça bir neçə saat qalmış elan olunmasından narazıdırlar ki, bu da onların uyğunlaşmasını çətinləşdirir. Baş məşqçi futbolçularla çox az ünsiyyətdə olur, onlar əsasən Tuxelin köməkçiləri ilə danışırlar.

Almaniya çempionatında 7 turdan sonra “Bayern” 17 xalla üçüncü pillədə qərarlaşıb. “Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibi “Bayer” (Leverkuzen) liderdir (19 xal).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button