“Levandovski “qızıl top”a layiq idi, amma…” – Müller

“Bayern”in futbolçusu Tomas Müller komanda yoldaşı Robert Levandovskinin “qızıl top” mükafatını qazana bilməməsinə münasibət bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Müller, polşalı hücumçunun bu mükafatı qazanmağa layiq olduğunu söyləyib:

“Bayern” azarkeşləri, almanlar və polşalılar üçün bu tədbir bir xəyal qırıqlığı idi. Levandovski “qızıl top”a layiq idi, amma qazana bilməməsinə təəccüblənmədim. Eyni şey 2013-cü ildə Frank Riberinin də başına gəlmişdi”.

“Qızıl top” mükafatını PSJ-nin futbolçusu Lionel Messi qazanıb. Levandovski isə sıralamada ikinci olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button