“Bayern”dən Noyerlə yeni müqavilə

Almaniya nəhəngi “Bayern” komandanın əsas qapıçısı Manuel Noyerlə müqavilə müddətini uzadıb.

Komanda.az xəbər verir ki, Münhen klubu 37 yaşlı veteran qapıçının xidmətlərini yüksək qiymətləndirir.

“Bayern” Noyerlə əməkdaşlığını 2025-ci ilin iyun ayının sonuna qədər uzadıb.

Vurğulayaq ki, ötən ilin sonlarında aldığı ağır zədədən sonra Noyer futbola qayıdaraq, əsas heyətdə yerini qaytara bilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button