“Bayern”də yeni müqavilə

“Bayern” hücumçusu Tomas Müllerlə müqaviləni uzadıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 34 yaşlı futbolçunun sözləşməsi daha 1 il – 2025-ci ilin yayına qədər artırılıb.

Münhenlilərin yetirməsi olan Müller 2007-ci ildən bu klubun əsas komandasında çıxış edir. Hücumçu bu mövsüm Bundesliqada 12 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button