“Bayern”dən yeni transfer

“Bayern” Niderland “Ayaks”ından ayrılan Nussair Mazrauini heyətinə cəlb edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi ilə 2026-cı ilədək müqavilə imzalanıb. Mərakeşli futbolçu “Bayern”ə azad agent kimi keçib.

“Ayaks”ın yetirməsi olan Mazraui 2018-ci ildən əsas komandanın formasını geyinib.