
“Bayern” yeni qapıçı axtarır
“Bayern”in qapıçısı Manuel Noyer “bir nömrəli” statusunu qoruyacaq. Almaniyalı qolkiper fevralda klubu ilə müqaviləsinin müddətini 2026-cı ilin yayına qədər uzadıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “Bayern” gələcək üçün yeni qapıçı axtarışındadır və “Brayton”dan Bart Verbruggen uzun müddətdir əsas namizəd hesab olunur.
Münhenlilər həqiqətən də niderlandlı qapıçını izləyirlər, ancaq qaçılmaz transfer barədə məlumat doğru deyil. Sözləşmə demək olar ki, 2025-ci ildə baş tutmayacaq.
Noyer gələn mövsümdə komandanın ilk qapıçısı olaraq qalacaq, onun əsas əvəzedicisi Uven Şörbiq olacaq. Daniel Peretzin isə ya icarəyə veriləcəyi, ya da geri almaq şəti ilə satılacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



