AÇ-2024: “Bayern”in və “Borussiya”nın futbolçuları milliyə çağırılmayacaq

“Bayern”in yarımmüdafiəçisi Leon Qoretska Almaniya millisinin AÇ-2024 üçün heyətinə daxil edilməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi Yulian Naqelsmann almaniyalı futbolçunu heyətdən kənarlaşdırmaq qərarına gəlib.

Qoretska “Bayern”də əvvəllər Naqelsmannın rəhbərliyi altında çıxış edib. Bu yaxınlarda Naqelsmannın futbolçunun xarakterindən xoşu gəlmədiyi barədə şayiələr yayılıb. Mətbuatın yazdığına görə, baş məşqçi Qoretskanın mütəmadi olaraq oyun praktikasının olmamasından şikayət edəcəyindən və paltardəyişmə otağında ab-havanı pozacağından qorxur. 

29 yaşlı futbolçu cari mövsümdə 6 qol vurub, 7 məhsuldar ötürmə edib.

Bundan başqa, “Borussiya”nın (Dortmund) müdafiəçisi Mats Hummels də milliyə dəvət almayıb. Bildirilib ki, yığmanın baş məşqçisi mayın 16-da yekun heyəti açıqlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button