“Bayern” rəsmisindən zədələnən Keynlə bağlı açıqlama

“Bayern” Almaniya çempionatının 26-cı turunda “Darmştadt”la oyundan (5:2) sonra hücumçu Harri Keynin durumunu dəyərləndirib. Forvard matçın sonlarında dirəyə dəyərək zədələnib.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, klubun idman direktoru Kristof Freund futbolçunun İngiltərədə müayinə olunacağını bildirib:

“O, İngiltərədə müayinə olunacaq. Orada etibar edə biləcəyiniz həkimlər var. Bu məsələdə sıx əməkdaşlıq edəcəyik. Keyn heç bir risk etməyəcək”.

Münhen klubu Keynin İngiltərə millisinə gedəcəyini qeyd edib.

İngiltərə yığması martın 23-də və 26-da Braziliya və Belçika ilə yoldaşlıq oyunları keçirəcək.

30 yaşlı Keyn bu mövsüm Münhen təmsilçisində 35 oyunda 37 qol vurub və 12 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button