“Bayern” portuqaliyalıya görə 70 milyon avro ödəməyəcək

“Bayern” çətin ki, “Mançester Siti”dən Joao Kanselonu alsın.

Portuqaliyalı müdafiəçi icarə əsasında Münhen klubunda çıxış edir. Müqavilədə futbolçunun 70 milyon avroya alınması bəndi var.

Komanda.az “Kicker”-ə xəbər verir ki, Almaniya klubu bu variantı aktivləşdirməyəcək. Həmçinin, “Bayern” hələ satın alma məbləğinin azaldılması ilə bağlı danışıqlar aparmaq niyyətində deyil.

Münhenlilərin Kanselonu tam transfer etmək istəməməsinə təsir edən amillərdən biri də futbolçunun xarakteridir. O, ehtiyatda qaldığı zaman əhvalında tez-tez dəyişiklik olur.

28 yaşlı futbolçu “Bayern”in heyətində 10 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button