“Bayern” Noyerə əvəzləyici tapıb

“Bayern” 40 yaşlı qapıçısı Manuel Noyer üçün əvəzləyici axtarışını davam etdirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu Dortmund “Borussiya”sının qapıçısı Qreqor Kobeli transfer etməyi planlaşdırır. Ancaq bu keçid uğrunda rəqabətin ciddi olacağı gözlənilir. Belə ki, “Çelsi” və “Nyukasl” da 28 yaşlı qolkiperə maraq göstərir.

İsveçrəli qapıçı cari mövsümdə bütün turnirlərdə 41 oyuna çıxıb, 51 qol buraxıb və 16 matçda qapısını toxunulmaz saxlayıb. Onun “Borussiya” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button