
“Bayern” – Çempion!
Almaniya Bundesliqasında 32-ci turun oyunlarından sonra çempionun adına aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, “Bayer” səfərdə “Frayburq”la 2:2 hesablı heç-heçə edib. Bu nəticə ilə lider “Bayern” sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.
Bu, “Bayern”in Bundesliqa tarixində 34-cü çempionluğudur. “Nürnberq” 9, Dortmund “Borussiya”sı isə 8 dəfə çempion olub.
Münhen klubu son 13 ildə 12-ci dəfə Almaniya çempionu adını qazanıb. Ötən mövsümdə “Bayern” 3-cü olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



