“Bayern”in baş məşqçi postuna 3 namizəd var

“Bayern” mövsümün sonunda Tomas Tuxelin yerinə yeni baş məşqçi axtarır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubunun qısa siyahısında üç ad var.

“Bayern”in idman direktoru Maks Eberl Erik ten Haq (“Mançester Yunayted”), Rocer Şmidt (“Benfika”) və hazırda işsiz olan Xulen Lopeteqinin namizədliyini nəzərdən keçirir.

Daha əvvəl bildirilmişdi ki, Münhen klubu baş məşqçi postuna Ralf Ranqniki təyin etmək istəyir. Lakin almaniyalı mütəxəssis Avstriya millisini tərk etməkdən imtina edib.

“Bayern” bu mövsüm uzun müddətdən sonra ilk dəfə Bundesliqa çempionu ola bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button