“Bayer” 29 il sonra rekordunu təkrarladı

Avropa Liqasının qrup mərhələsində “Hakken”i məğlub edən (2:0) “Bayer” avrokuboklardakı rekordunu təkrarlayıb.

Komanda.az xəbər verir ki, Leverkuzen təmsilçisi Avropa Liqasının 2023/24 mövsümünün qrup mərhələsində ardıcıl 5-ci qələbəsini qazanıb.

Almaniya klubu bununla 1994/95 mövsümündə UEFA kubokunda müəyyən edilmiş klub rekordunu təkrarlayıb. “Bayer” o vaxtdan indiyədək heç vaxt ardıcıl beş avrokubok matçında qalib gələ bilməmişdi.

Xabi Alonsonun komandası bütün turnirlərdə ardıcıl 14 oyundur ki, qalib gəlir.

“Qarabağ”la eyni qrupda yer alan “Bayer” 15 xalla lideridir və 1/8 finala vəsiqəni təmin edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button