“Bavariya” onun üçün 5 milyon avro istəyir

“Bavariya”nın müdafiəçisi Jerom Boatenq Münhen təmsilçisindən ayrıla bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı futbolçuyla “Arsenal” və “Tottenhem” klubları yaxından maraqlanır. “Bavariya”nın Boatenq üçün istədiyi məbləğ isə 5 milyon avrodur.

Alman müdafiəçinin qısa zamanda “Arsenal”la rəsmi müqavilə imzalayacağı gözlənilir.

2011-ci ildən “Bavariya”da forma geyinən Boatenqin müqaviləsi 2021-ci ilin yayına qədərdir. Almaniya millisinin keçmiş üzvü olan müdafiəçi, bu mövsüm Bundesliqada 9 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button