“Heç kim belə xəyal qurmurdu” – Kovaç

“Bavariya”nın baş məşqçisi Niko Kovaç Çempionlar Liqasında “Tottenhem”i məğlub etdikləri oyundan sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, klubun saytına danışan xorvat mütəxəssis, 7:2 hesabıyla qələbə qazandıqları oyunla bağlı bunları deyib:

“Heç kim belə xəyal qurmurdu. Bizi “Tottenhem”lə oyunda nə gözlədiyini bilirdik. Oyun çox gərgin keçdi. “Tottenhem” əvvəlcə yüksək təzyiq etməyə başladı. Ancaq 30-cu dəqiqədən sonra biz daha yaxşı oynadıq. Fasilədən əvvəl ikinci qolu vurmaq vacib idi.

İkinci hissədə də komandam çox yaxşı oyun sərgilədi. Bu nəticə alman futbolunun ən yüksək nöqtəsi idi. Ancaq indi bunu unudub, bütün diqqətimizi Bundesliqaya yönəltməliyik. Bu mövsüm bizim üçün çətin olacaq. Çox şeylərə nail olmaq istəyirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button