“Bavariya”dan 80 milyonluq transfer

“Bavariya” heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi “Lill”in hücumçusu Nikolya Pepeni transfer etməyə yaxındır. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Xəbərdə, “Bavariya”nın Pepe transferi üçün “Lill”lə 80 milyon avro qarşılığında razılaşdığı bildirilir. Keçidin mövsümün sonunda reallaşacağı gözlənilir.

“Anje”dən “Lill”ə 10 milyon avro qarşılığında transfer olunan Pepe, bu mövsüm 32 qarşılaşmada 18 qol vurub və 11 məhsuldar ötürmə edib.