“Bavariya”da yeni müqavilə

Almaniya çempionu “Bavariya” daha bir futbolçusu ilə müqaviləsini yeniləyib.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi bu dəfə 20 yaşlı yarımmüdafiəçisi Adrian Fayn ilə yeni anlaşma əldə edib.

Tərəflər 2023-cü ilin yayına qədər davam edəcək müqaviləyə imza atıblar. Əvvəlki müqavilənin müddəti 2021-ci ilin yayında bitəcəkdi.

Almaniyanın U-21 yığmasının üzvü olan Fayn ötən mövsüm “Yan Regensburq”da icarədə olub. Bu mövsüm isə o, ikinci Bundesliqada mübarizə aparan “Hamburq”da icarədə əsasında çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button