
“Turan Tovuz” yeni mövsümə Türkiyədə hazırlaşacaq
“Turan Tovuz”un yay hazırlıq planı bəlli olub.
Komanda.az kluba istinadən xəbər verir ki, komanda iyulun 4-də təlim-məşq toplanışının ilk mərhələsinə start verəcək.
Hazırlığın 2 həftəlik birinci mərhələsi Ankaranın Qızılcahamam bölgəsində baş tutacaq. Türkiyə toplanışının ikinci mərəhələsi isə Boluda həyata keçiriləcək.
Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



