“Bavariya”da yeni müqavilə – RƏSMİ

Almaniyanın “Bavariya” klubu qapıçısı Manuel Noyerlə müqavilə müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

34 yaşlı qolkiperin yeni sözləşməsi 2023-cü ilədək nəzərdə tutulub.

Manuel Noyer 2011-ci ildən “Bavariya”nın şərəfini qoruyur. Almaniyalı qapıçı cari mövsümdə 38 oyun keçirib və eyni sayda qol buraxıb.