“Bavariya”da baş məşqçi postuna 4 namizəd

“Bavariya”da Niko Kovaçın ayrılığından sonra boş qalan baş məşqçi postuna namizədlər bilinib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Arsen Venger, Ralf Ranqnik, Erik ten Haq və Massimiliano Alleqri Münhen təmsilçisində bu vəzifəyə namizəd göstərilib. Hazırda bu dörd məşqçidən Alleqri və Venger işsizdir.

Erik ten Haq “Ayaks”da baş məşqçidir və ayrılmağa müsbət yanaşmır. Ranqnik isə həm “Nyu York Redbull” şirkətinin idman şöbəsinin müdiri, həm də “Leyptsiq” klubunun idman direktorudur. 61 yaşlı mütəxəssisin “Bavariya”da baş məşqçi kimi çalışmağa müsbət yanaşdığı bildirilir.