“Bavariya” Sane ilə anlaşdı

Almaniyanın “Bavariya” klubu “Mançester Siti”dən Leroy Sanenin transferini tamamlamağa yaxındır.

Komanda.az “Bild”ə istinadən xəbər verir ki, Münhen klubu 24 yaşlı futbolçuyla razılıq əldə edib. Alman klubunun hücumçuya 5 illik müqavilə təklif etdiyi bildirilir.

Sanenin transferində təzminat məsələsi qalıb. “Bavariya” “şəhərlilər”ə ilk olaraq, 40 milyon avro təklif edib. Tərəflər arasında danışıqların davam etdiyi deyilir.

Sanenin MS ilə müqaviləsi 2021-ci ilin iyununadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button