“Bavariya” onunla razılaşa bilmədi

“Bavariya”nın futbolçusu David Alabanın komandadakı gələcəyi qeyri-müəyyəndir.

Komanda.az “Bild”ə istinadən xəbər verir ki, Münhen klubu 28 yaşlı futbolçunu saxlamaq niyyətindədir. Klub Alabaya yeni müqavilə təklif etsə də, qarşı tərəfdən müsbət cavab ala bilməyib. Futbolçunun məvacib tələbi səbəbiylə tərəflər arasında danışıqların demək olar ki, dayandırıldığı bildirilir.

Alaba “Mançester Siti” və “Real”ın transfer hədəfindədir.