“Bavariya” onun transferini bitirir – 30 milyon avroya

“Liverpul”, “Arsenal”, “Roma” kimi klubların maraq dairəsində olduğu deyilən “Ayaks”ın futbolçusu Hakim Ziyexin yeni klubu məlum olur.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın “Bavariya” klubu 26 yaşlı futbolçunu heyətinə qatmağa yaxındır. Münhen klubunun futbolçunun meneceri ilə görüşdüyü və ilkin danışıqların müsbət yekunlaşdığı bildirilir.

“Bavariya” mərakeşli futbolçu üçün 30 milyon avro ödəyəcək.

“Ayaks”la 2021-ci ilədək müqaviləsi olan Ziyex, son mövsümdə iştirak etdiyi 49 oyunda 21 qol, 24 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button