“Barselona”nın borcu haqda oxuyurdum, az qala boğulmuşdum”

“Bavariya” klubunun idarə heyətinin sədri Karl-Haynts Rummenigge açıqlama verib.

Komanda.az xəbər verir ki, Rummenigge son günlərdə əsas müzakirə mövzusu olan “Barselona” klubu və onun borcları haqda çıxan xəbərlərə münasibət bildirib.

“Səhər yeməyində “Barselona”nın borcu haqda oxuyurdum, az qala boğulmuşdum. “Bavariya”nın bu qədər borcu olsaydı, yata bilməzdim. Lakin “Barselona”ya nəsə olacağını düşünmürəm. Onlar Kataloniya üçün dəyərlidirlər və bu situasiyadan çıxacaqlar”.

İspaniya mətbuatının xəbərinə görə, “Barselona” klubunun 1 milyard avrodan çox borcu var.