9 ay sonra

Almaniya Bundesliqasının 21-ci turu çərçivəsində “Bavariya” öz meydanında “Leyptsiq”lə 0:0 hesablı heç-heçəyə razılaşıb.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen klubu uzun müddət sonra ilk dəfə meydanı qolsuz tərk edib. Sonuncu dəfə 2019-cu ildə, mayın 11-də “Bavariya” futbolçuları qol vura bilməmişdilər. Həmin oyunda da Münhen klubunun rəqibi “Leyptsiq” olmuşdu və görüş 0:0 hesabı ilə başa çatmışdı. 9 ay sonra “Bavariya” futbolçuları yenə bir oyunda qol sevinci yaşamayıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button