“Başqa heç nə qazanmasaq, mövsüm uğurlu olmayacaq” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandasının cari mövsümdəki nəticələri ilə bağlı danışıb.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, başqa titul qazanmasalar, o, mövsümün uğurlu olmayacağını deyib:

“Biz artıq Liqa kubokunu qazanmışıq. Amma biz “Liverpul”uq, bu səviyyəli komanda ilə ancaq Liqa kubokunu qazanmısızsa, bunu uğurlu hesab etmək olmaz. Eyni zamanda, digər turnirlərin finallarına da çıxmışıq. Biz bunu bilirik. Başqa heç nə qazanmasaq, o zaman mövsüm uğurlu olmayacaq”.

Bu gün İngiltərə kubokunun finalında “Liverpul” “Uembli”də “Çelsi” ilə qarşılaşacaq. Mayın 28-də isə Kloppun yetirmələri Çempionlar Liqasının finalında “Real”la görüşəcək.