“Başakşəhər” legionerini yenidən icarəyə göndərdi
Türkiyənin “Rizəspor” klubu qanalı yarımmüdafiəçisi Jozef Attama ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi bu barədə qərarı rəsmi saytı vasitəsilə açıqlayıb.
“Rizəspor” Attamanı mövsümün əvvəlində Super Liqanın digər təmsilçisi “Başakşəhər”dən icarəyə götürmüşdü. Lakin rizəlilər 25 yaşlı futbolçu ilə qarşılıqlı razılığa gələrək, müqaviləyə vaxtından öncə xitam veriblər.
Attama müqavilə ilə məxsus olduğu “Başakşəhər”in düşərgəsinə qayıdıb. Amma dərhal da 1-ci liqa təmsilçisi “Fatih Karagümrük” klubuna icarəyə verilib. İcarə müddəti mövsümün sonuna kimidi.
2016-cı ildən İstanbul klubuna keçən futbolçu Türkiyədə daha öncə “Adana Dəmirspor”un da uğurları üçün çalışıb. O, bu mövsüm “Rizəspor”da 14 oyuna çıxıb.
Bizi Facebook-da izləyin