
“Barselona” üç mövqeyə futbolçu transfer edəcək
“Barselona” növbəti yay transfer pəncərəsi üçün genişmiqyaslı gücləndirmə planı hazırlayıb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi üç mövqeni prioritet kimi müəyyənləşdirib.
Belə ki, klub yeni mərkəz hücumçusu, mərkəz müdafiəçisi və hücumameyilli yarımmüdafiəçi transfer etməyi qarşıya məqsəd qoyub.
Hans-Diter Flikin komandası hazırda İspaniya La Liqasında 13 turdan sonra 31 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda son olaraq UEFA Çempionlar Liqasında “Çelsi”yə 0:3 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



