
“Barselona”nın sabiq baş məşqçisi 2:8 hesablı məğlubiyyəti yada saldı
“Barselona”nın sabiq baş məşqçisi Kike Setyen UEFA Çempionlar Liqasında “Bayern”ə 2:8 hesablı məğlubiyyəti yada salıb. Oyun 2020-ci ilin avqust ayında, Çempionlar Liqasının 1/4 finalında baş tutub. Ağır məğlubiyyətdən qısa müddət sonra Setyen Kataloniya klubundan ayrıldığını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həmin oyun haqda bunu söyləyib:
“Mən heç bir psixoloji travma yaşamadım, bu məğlubiyyəti tamamilə dəf etdim. Həyatda həmişə bir şey öyrənirsən və bu, sadəcə qəbul etməli olduğun vəziyyətlərdən biridir. Ayağa qalxıb irəliləməyi bacarmaq vacibdir”.
O dövrdə “Bayern”in baş məşqçisi hazırda “Barselona”ya rəhbərlik edən Hans-Diter Flik olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



