Neymarı ver, onu al!

İspaniyanın “Barselona” klubunun futbolçusu Antuan Qrizmannı satmaq istədiyini xəbər vermişdik.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, katalonlar, fransalı futbolçudan Neymarın transferində istifadə etmək niyyətindədir. Belə ki, mövsümün sonunda PSJ-dən Neymarı heyətinə qatmağı planlaşdıran “Barselona”, bunun üçün Paris təmsilçisinə Qrizmannı təklif edəcək.

Bundan başqa, Qrizmannın başqa kluba satılması da istisna olunmur.

“Barselona” 29 yaşlı hücumçunun təzminat məbləğini 100 milyon avro olaraq müəyyənləşdirib.

Ötən ilin yayında “Atletiko”dan “Barselona”ya keçən Qrizmannın klubla müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button