“Barselona” finalda “Real”ı arzulayırmış

“Barselona”da, xüsusilə də, paltardəyişmə otağında superkubokun finalında “Atletiko” deyil, “Real”la qarşılaşmaq arzu edilirmiş.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, kataloniyalılar mövsümün ilk dövrəsində La Liqada “Real” qarşısında 1:2 hesabı ilə uduzduqları üçün revanş almaq istəyirlər.

Klub rəhbərliyi də Madrid təmsilçisi ilə oyuna nikbin yanaşır, çünki qələbə “Barselona” azarkeşlərini ciddi şəkildə sevindirə bilər.

“Barselona” və “Real” arasında keçiriləcək superkubokun finalı sabah saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button