“Barselona”nın prezidenti “Real”ın Mbappeni transfer etməsindən danışdı

“Barselona”nın prezidenti Xuan Laporta Fransa millisinin hücumçusu Kilian Mbappenin “Real”a keçidinə münasibət bildirib.

Komanda.az AS-a istinadən xəbər verir ki, klub rəhbəri, öz fəlsəfələrinə sadiq olduğunu söyləyib:

“Mən öz idman fəlsəfəmizə üstünlük verirəm: komandaya yerli oyunçuları cəlb etmək. Mbappeyə gəlincə, rəqiblərimizin etdiklərinə hörmətlə yanaşıram, amma öz fəlsəfəmizə sadiqəm”.

“Real” iyunun 3-də 25 yaşlı fransalı forvardla 5 illik müqavilə imzaladığını açıqlayıb. Mbappenin əvvəlki klubu PSJ ilə müqaviləsi bu yay başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button