“Barselona”nın oyununda rekord sayda azarkeş FOTOLAR

İspaniya Qadınlar Futbol Liqasının 24-cü turunda “Barselona” səfərdə “Atletiko”nu 2:0 hesabıyla məğlub edib.

Komanda.az Madrid təmsilçisinin saytına istinadən xəbər verir ki, “Vanda Metropolitano” stadionunda keçirilən görüşü 60 min 739 azarkeş izləyib. Bu qarşılaşma, dünyada qadınlar arasında keçirilən futbol liqalarında ən çox azarkeş tərəfindən izlənilən matç olub.

Qadın futbolunda ötən il Meksikada keçirilən “Monterrey” – “Tiqres” görüşünü 51 min azarkeş stadiondan canlı izləmişdi.

İspaniya Qadınlar Futbol Liqasında “Atletiko” 24 turdan sonra 66 xalla liderdir. “Barselona” isə 63 xalla 2-ci sırada yer alır.