“Barselona”nın Maquayr üçün təklifi rədd edildi

“Mançester Yunayted” “Barselona”nın müdafiəçi Harri Maquayrla bağlı təklifini rədd edib.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, kataloniyalılar 29 yaşlı müdafiəçini Frenki de Yonqun transferi ilə bağlı müqaviləyə daxil etmək istəyiblər. Lakin “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Maquayrı komandada saxlamaq istəyir.

Niderlandlı futbolçu Frenki de Yonqun “Barselona”nı “Mançester Yunayted”ə dəyişəcəyi gözlənilir.

Maquayr ötən mövsüm Premyer Liqada 30 oyuna çıxıb, 1 qol vurub. Onun “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button