Xavi 2-ci kubokunu qazandı

“Barselona”nın keçmiş futbolçusu Xavinin baş məşqçilik etdiyi “Əl Sədd” klubu Qətər kubokunu qazanıb.

Komanda.az xəbər verir ki, “Əl Sədd” həlledici görüşdə “Əl Duhail”lə qarşılaşıb və 4:0 hesablı qələbə qazanıb.

2019-cu ilin mayından “Əl Sədd”ə baş məşqçilik edən Xavi, artıq ikinci dəfə bu komanda ilə kubok qazanıb. Keçmiş yarımmüdafiəçinin komandası bundan əvvəl Şeyx Yassim kubokunu qazanmışdı.

“Əl Sədd” Qətər çempionatında 3-cü sıradadır.