Artur “Barselona” ilə Çempionlar Liqasında oynamaq istəmir

“Barselona”nın futbolçusu Artur rəhbərliyin icazəsi olmadan Braziliyaya yollanıb və geri qayıtmaq niyyətində deyil.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Bir müddət əvvəl “Yuventus”la müqavilə imzalayan Artur, “Barselona”nın Çempionlar Liqasında “Napoli” ilə qarşılaşacağı oyunda iştirak etmək niyyətində deyil. Kataloniya təmsilçisinin rəhbərliyi Arturu bu davranışlarına görə cəzalandıra bilər.

Artur “Yuventus”la müqavilə imzalayıb və o, yeni komandasına mövsümün sonunda qoşulacaq.

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Barselona” – “Napoli” matçı avqustun 8-də oynanılacaq. Komandalar arasında İtaliyada baş tutan matçda qollu bərabərlik qeydə alınıb – 1:1.