Kuman: “İkinci hissədəki oyundan sonra komandadakı gələcəyim şübhəlidir”

“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın 36-cı turunda səfərdə “Levante”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, “Marca”ya danışan Kuman, 3:3 hesabıyla bitən görüşü belə şərh edib:

“Bəzən nə baş verdiyini izah etmək çətin olur. İlk hissədə yaxşı, intensiv oyun sərgilədik, qol imkanları yaratdıq. Lakin ikinci hissədə bunların heç biri olmadı. 2:0 hesabı ilə öndə idik, bu bərabərliyi heç gözləmirdim.

La Liqada çempionluq uğrunda mübarizə çətin olacaq və artıq öz əlimizdə deyil. Qarşıdakı üç oyunda qələbə qazanmalı və gözləməliyik. İndi hər şey daha çətindir.

Bir məşqçi kimi məsuliyyət hər zaman sizdə olur. İki top fərqi ilə öndə olduqdan sonra belə bərabərlik gözləmirdim. Mənim komandadakı gələcəyim? Bilirəm ki, ikinci hissədəki oyundan sonra komandadakı gələcəyim şübhəlidir”.

“Barselona” La Liqada 76 xalla ikinci sıradadır. Lider “Atletiko” 77 xalla lider, “Real” isə 75 xalla üçüncüdür. “Atletiko” və “Real”ın ehtiyatda bir oyunu var.