“Barselona”nı dayandıran tapılmır – FOTO

“Barselona”nın qadınlardan ibarət futbol komandası İspaniya çempionatının 16-cı turunda “Las Planas”ı məğlub edib (7:0).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qələbə Kataloniya təmsilçisi üçün əlamətdar olub. Belə ki, “Barselona”nın qadınlardan ibarət komandası İspaniya çempionatında ardıcıl 50-ci qələbəsini qazanıb.

Kataloniya klubu turnir tarixində bunu bacaran ilk komanda olub.

“Barselona” sonuncu dəfə 2021-ci ilin iyununda, İspaniya çempionatının “Atletiko” ilə oyununda məğlub olub (3:4).

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button