“Barselona”nı darmadağın edib, kubok qazandılar

Qadın futbolçulardan ibarət klubların Çempionlar Liqasında 2018/19 mövsümünün qalibi məlum olub.

Komanda.az xəbər verir ki, həlledici görüşdə “Barselona”nı məğlub edən “Lion” turnirin qalibi olub. Macarıstanın paytaxtı Budapeşt şəhərindəki “Ferentsvaroş” stadionunda keçirilən qarşılaşmada fransızlar 4:1 hesabıyla qələbə qazanıb.

“Lion” bununla da, ardıcıl 4-cü, ümumilikdə isə 6-cı dəfə Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button