Messidən daha bir rekord

“Barselona”nın İspaniya kubokunun 1/8 final mərhələsi çərçivəsində “Rayo Valyekano”ya 2:1 hesabı ilə qalib gəldiyi oyun hücumçusu Lionel Messi üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, Kataloniya klubunun ilk qolunu vuran argentinalı hücumçu, yeni rekorda imza atıb. Messi son 15 ilin hər birində 15-dən çox qol vuran ilk futbolçu olub.

Bundan başqa, 34 yaşlı futbolçu “Barselona” forması ilə İspaniya kubokunda ən çox matça çıxan oyunçu ünvanına yiyələnib. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button