“Barselona”dan “Nyukasl” azarkeşlərinə çağırış

“Barselona” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Nyukasl”la keçiriləcək cavab oyunu öncəsi təhlükəsizliklə bağlı narahatlıq keçirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyaya 10 mindən çox “Nyukasl” azarkeşinin gələcəyi gözlənilir. Ancaq onların cəmi təxminən 3 min nəfərinin matç üçün bileti var. Bu isə çox sayda fanatın stadion ətrafında toplaşaraq içəri daxil ola bilməməsi riskini yaradır.

Yaranmış vəziyyətlə əlaqədar “Barselona” bilet nəzarətini daha da sərtləşdirib və biletisiz azarkeşləri stadiona yaxınlaşmamağa çağırıb. Klub bildirib ki, yerində bilet əldə etmək mümkün olmayacaq.

Komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb. Cavab qarşılaşması bu gün keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button