
“Barselona” futbolçusunu İngiltərə klubuna təklif edib
“Barselona” hücumçusu Ansu Fatini “Arsenal”a təklif edib.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, futbolçunun yaxınları onun İngiltərə Premyer Liqasında çıxış etməsinə müsbət yanaşırlar.
20 yaşlı futbolçu 2020-ci ilin yayından Kataloniya təmsilçisində çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.
Cari mövsümdə o, “Barsa”nın heyətində 49 oyuna çıxıb, 7 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin