“Barselona”da ən sevdiyim an La Liqanı qazanmaq idi”

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq klubdakı ən sevdiyi an haqda danışıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, bunu deyib:

“Barselona”da ən sevdiyim an La Liqanı qazanmaq idi. Amma klubdakı hər gündən zövq alıram. Hələ də “Barselona”da oynamağa öyrəşməmişəm”.

Niderlandlı futbolçu 2019-cu ilin yayında, Amsterdam “Ayaks”ından “Barselona”ya keçib. O, Kataloniya klubu ilə iki dəfə İspaniya çempionluğunu qazanıb – 2023 və 2025-ci illərdə.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button